Azərbaycan telekanallarından birində kütləvi istefa
Tovuzda fəaliyyət göstərən telekanalın işçiləri kütləvi şəkildə istefa verib
Tovuzda fəaliyyət göstərən “Türkel TV” kanalının işçiləri kütləvi şəkildə istefa verib. Lent.az-ın məlumatına görə, bir müddət öncə yeni rəhbərlik təyin olunan telekanalda gərginlik yaşanıb. Belə ki, bir müddət əvvəl telekanala Şəkidə fəaliyyət göstərən Kanal-S-dən Kənan Musayev adlı şəxs rəhbər gətirilib. Müxbirlərdən birinin verdiyi məlumata görə, yeni rəhbər işçilərlə münasibət qura bilməyib: “Kənan Musayev işçilərlə, xüsusilə xanım əməkdaşlarla kobud davranıb. Buna etiraz əlaməti olaraq, işdən ayrıldıq”.
Bildirilib ki, televiziyanın 15-ə yaxın işçisi rəhbərliyə etiraz edərək işlərindən istefa verib. Bundan 2 gün sonra telekanalın əsas texniki heyəti, proqram departamenti, müxbirlər işdən ayrılıb. Daha bir neçə şəxsin də işdən ayrılacağı istisna edilmir.
Məsələ ilə bağlı telekanal rəhbərliyinin mövqeyini öyrəndik. Kanalın direktor müavini Hikmət Əsgərov Lent.az-a açıqlamasında işçiləri iddialarını əsassız hesab edib: “Əslində işçilər özləri çalışmaq istəmirdilər. Ona görə də müxtəlif bəhanələr gətirdilər. Rəhbərlik tərəfindən onlara təklif olundu ki, işlərinə davam etsinlər. Amma onlar istəmədi. Əslində bu, bir kadr dəyişikliyidir. İşçilərlə yeni rəhbərliyin münasibəti alınmadı”.
Qeyd edək ki, Kənan Musayevdən əvvəl telekanala Ceyhun Əsgərov rəhbərlik edib. Lakin o, avqustun 27-də tutduğu vəzifədən gedib.
Jalə

Oxşar yazılar

Ərdoğan Kamran Əliyevi qəbul etdi
22 iyul 2025 , 19:52
İşə getmək istəməyənlər üçün klinika açıldı
22 iyul 2025 , 19:20Sabah hava bir az sərin olacaq
22 iyul 2025 , 19:08
Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ
22 iyul 2025 , 18:19
Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq
22 iyul 2025 , 17:33
Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37
Ağıllı insanların dostu niyə az olur? - Maraqlı ARAŞDIRMA
22 iyul 2025 , 15:55