Müğənnimiz qeyri-adi məktəb açdı
Lent.az-ın məlumatına görə, Tünzalə Ağayeva uşaqların əqli inkişafın təmin edilməsi üçün 4 il bundan öncə Türkiyədə yaradılan “Menar” (Mental Hesablama) məktəbini Azərbaycanda təsis edib.
Açılışda çıxış edən əməkdar artist bildirib ki, bu məktəbi yaratmaq ideyasına Türkiyədə olarkən gəlib: “Türkiyədə olarkən belə bir yazıya rast gəlmişdim: “Riyaziyyat onlar üçün oyuncaq olacaq”. Düşündüm ki, necə olur 4 -5 yaşında, hələ məktəbə getməyən uşaqlar bir neçə saniyə içində müxtəlif riyazi hesablamalara cavab verirlər? Məni “Menar Proqramı” ilə tanış etdilər. Bu kurslarda dərs alan uşaqların yaşlarının az olmasına baxmayaraq, zəkasına, çevikliyinə valeh oldum. Gerçəkdən riyaziyyat onlar üçün sanki asanlıqla çözülən bir oyuncaqdır. 4 ildir ki, Türkiyədə Xalid Şən tərəfindən tətbiq edilən “Menar Proqramı” 4-12 yaş arası uşaqların zəka inkişafına uğurla xidmət edir. Mən belə bir maraqlı və uğurlu proqramla tanış olduqdan sonra ölkəmizdə nədən belə kurslar açılmasın deyə düşündüm. Zəkalı, dəqiq yaddaşlı, məntiqli uşaqların yetişməsinə bizim də cəmiyyət olaraq ehtiyacımız var. Və dərhal bu fikrin gerçəkləşməsi üçün işə başladım. Bu gün artıq “Menar” məktəbinin Azərbaycan şöbəsi var”.
“Tədbirdə “Menar”ın təsisçisi Xalid Şən çıxış edərək bildirib ki, Azərbaycanda da bu cür məktəbin açılması təqdirəlayiqdir: “Ümid edirik ki, uşaqlarınız burada çox yaxşı bir vaxt keçirəcəklər. Əməkdar artistin belə bir məktəbi yaratmaq təşəbbüs ilə çıxış etməyi bizi çox məmnun etdi”.
Açılışdan sonra süfrə arxasına keçən qonaqlar “Menar” məktəbində dərs alan 9 yaşlı Batu-Erenin zəka bacarığını yoxlayıblar. Eyni anda bir neçə işlə məşğul olan, riyazi hesablamaları da dəqiqliklə yerinə yetirən Batu qonaqları heyrətə salıb. Eyni vaxtda Türkiyə himnini ifa edib, riyazi hesablamalar etməsi, həmçinin millət vəkili Qənirə Paşayeva ilə söhbət edə-edə, həm də monitora baxıb tapşırığı dəqiq yerinə yetirən Batunun cavabları alqışlarla qarşılanıb.
Qeyd edək ki, Naxçıvani küçəsi 618-də yerləşən “Menar” məktəbində dərslər oktyabrın 5-də başlayacaq. Həftədə 3 saat olmaqla keçiriləcək kursun aylıq qiyməti 204 manatdır. Kurs 4-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlarla Türkiyədən dəvət olunan “Menar” məktəbi mütəxəssisləri ilə çalışacaq.
Mental Hesablama məktəbinin yaradılmasına məqsəd uşaqlarda sürətli bir əqli inkişafını təmin edərək, onlara qeyri-adi rəqəmsal bacarıqlar qazandırmaq və riyaziyyat qorxusunu insanların həyatından tamamilə silməkdir. Bu sistem uşaqların sağ və sol beyinlərinin eyni anda stimullaşdırılaraq tarazlaşdırılmış inkişafını təmin edir.
Jalə

Oxşar yazılar

Dörd BÜRCƏ möhtəşəm cümə günü vəd edilir
25 iyul 2025 , 00:02
İyulun 13-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
24 iyul 2025 , 22:49
İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI
24 iyul 2025 , 22:28
Bakının bəzi yerlərində içməli su niyə yoxdur? - RƏSMİ AÇIQLAMA
24 iyul 2025 , 22:24
Aldatmağa, şantaj etməyə və qisas almağa qadir olan süni intellekt: Yeni ARAŞDIRMA
24 iyul 2025 , 20:15
Sabahkı hava meteohəssas insanlara necə təsir edəcək? - PROQNOZ
24 iyul 2025 , 18:55
İyul Yeni Ayı 4 BÜRCƏ elə şans və zənginlik gətirəcək ki...
24 iyul 2025 , 18:30