Bakıda hava küləkli, yağmursuz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraiti barədə proqnozlarını açıqlayıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən az buludlu olacağı, yağmursuz keçəcəyi və cənub küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-24, gündüz 32-35 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti təşkil edəcək.
Sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 30-33 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 6-da hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda isə gecə 13-18, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-23, gündüz 31-36, dağlarda isə gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Oxşar yazılar

Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15
Gözəllik salonları üçün xaricdən 40 kilo insan saçı gətirən saxlanıldı
18 iyun 2025 , 19:08
İstirahət hüququnu pozanlara XƏBƏRDARLIQ: sərt tədbirlər görüləcək -VİDEO
18 iyun 2025 , 19:02
Yol kənarlarında ticarətlə bağlı vətəndaşlara MÜRACİƏT
18 iyun 2025 , 18:18