Mollaların attestasiyasına başlanıb
Oktyabrın 13-də Lənkəranda dini icmaların rəhbərlərinin attestasiyasına başlanıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadənin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu tədbir 2009-cu ilin avqustunda “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”na edilmiş əlavələr və dəyişikliklərə müvafiq həyata keçirilir. İlk gün 4 rayon üzrə 150 nəfər attestasiyadan keçmək üçün müraciət edib. OMİ rəsmisinin fikrincə, attestasiya dini maarifçiliyin ümumi səviyyəsinin artmasına böyük təsir göstərəcək, müsahibədən keçə bilməyən şəxslər cəmiyyətdə nüfuzlarını bərpa etməkdən ötrü dini biliklərini daha da təkmilləşdirməyə çalışacaqlar.
Attestasiya komissiyasının sədri, QMİ-nin şöbə müdiri Hacı Mirəziz Seyidzadə isə bu tədbirin ölkənin bütün bölgələrini əhatə edəcəyini, ilk turdan keçə bilməyənlərə daha 3 ay vaxt veriləcəyini bildirib.
Qeyd edək ki, cənub bölgəsində dini icma nümayəndələrinin attestasiyası oktyabrın 16-na kimi davam edəcək. Attestasiyadan keçənlərə QMİ-nin vəsiqələri təqdim olunacaq.

Oxşar yazılar

Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34
Hər bürc üçün həftənin ən şanslı günü
18 avqust 2025 , 18:24
Bakıda bu körpü 10 günlük bağlanır
18 avqust 2025 , 17:17
Azərbaycanda heyvanlar üçün satılan SAXTA YEMLƏR - ARAŞDIRMA
18 avqust 2025 , 17:09
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
18 avqust 2025 , 15:43
Milli-mənəvi DƏYƏRLƏRİ təhqir edənləri hansı cəza gözləyir?
18 avqust 2025 , 15:08
Sabah dənizdə hava necə olacaq?
18 avqust 2025 , 14:08