Azərbaycanda yeni peşə standartları hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankı ilə birgə həyata “İSO 88/08 peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması layihəsinin təqdimatı keçirilib. “Sosial müdafiənin inkişafı layihəsi” çərçivəsində hazırlanan beynəlxalq peşə və təlim standartları Azərbaycan hökumətinin sifarişi ilə Almaniyanın “Gopa Consultans” məsləhətçi şirkəti tərəfindən reallaşdırılır.
Lent.az-ın məlumatına görə, təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov çıxış edərək layihənin məqsədlərindən danışıb. O qeyd edib ki, bu layihə Azərbaycanda əmək bazarının inkişafına və əmək bazarının təkmilləşdirilməsinə, habelə işəgötürənlərin peşəkar işçi qüvvəsinə tələbatın ödənilməsinə xidmət edir. Onun sözlərinə görə, “Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı” çərçivəsində yeni iş yerlərinin yaradılması, əlaqədar məşğulluğun səmərəliliyi artırılması əhalinin rifah halında müsbət dəyişikliklərə zəmin yaradıb.
Natiq Məmmədov deyib ki, yeni peşə standartlarının tətbiqi Azərbaycanda işəgötürənlər, işaxtaranlar və işçilər üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən belə bir layihənin reallaşdırılması Azərbaycanda məşğulluğun səmərəliliyinin artırılması üçün vacib hesab olunur.
Nazir müavini özəl sektorda çalışan işəgötürənləri bu layihədə və peşə standartlarının hazırlanması prosesində fəal iştiraka çağırıb.
Layihənin rəhbəri Con Körli isə beynəlxalq peşə və təlim standartlarının 3 il ərzində hazırlanacağını deyib. Onun sözlərinə görə, bu ilin iyulunda start götürən layihə çərçivəsində 200 peşə və 100 təlim standartı hazırlanacaq. Həmçinin 200 standart üzrə qiymətləndirmə forması, peşə təsnifatlarının İSO 88/08-ə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin (PSM) yaradılması nəzərdə tutulur. Bundan başqa, PSM-nin işçi heyəti üçün təlimlər təşkil ediləcək və standartlar üzrə ictimai məlumatlandırma kampaniyası aparılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Günəş bu BÜRCLƏRƏ fantastik hədiyyə verəcək: Siyahıda özünüzü axtarın
21 iyun 2025 , 00:02
Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı
20 iyun 2025 , 22:53
Ən uzun günün sehri: nə etməli və nədən çəkinməli
20 iyun 2025 , 20:15
Sabahın tibbi-meteoroloji PROQNOZU
20 iyun 2025 , 18:55
Dörd BÜRC həyat padşahlarının dairəsinə girəcək: pul və uğurlar kimlər üçündür?
20 iyun 2025 , 18:31
Bu il 30 min nəfər universitetə qəbul ola bilməyəcək - SƏBƏB
20 iyun 2025 , 17:33
Leysan, dolu, sel və güclü külək XƏBƏRDARLIĞI
20 iyun 2025 , 16:54