46 nəfər istehsalat xəsarətindən ölüb
2010-cu ilin 9 ayı ərzində Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən 2 min 250 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti aparılıb. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dair 7 min 43 qanun pozuntusu aşkarlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlindən verilən məlumata görə, bu pozuntulara ticarət və ictimai iaşədə (2110), sənayedə (1251), mənzil-kommunal xidmətində (594), elm, təhsil, mədəniyyətdə (638), tikintidə (528) daha çox rast gəlinib. Hesabat dövründə əmək müqaviləsi olmadan işə cəlb edilmiş 6 min 160 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkarlanmış inzibati xətalara görə işəgötürənlər 667 min 300 manat məbləğində cərimə olunub.
Vətəndaşlardan daxil olmuş 2 min 24 ərizə araşdırılıb və nəticədə onlara 5 milyon 959 min 794 manat gecikdirilmiş ödənclərin ödənilməsi təmin edilib Həmçinin işdən qanunvericiliyin tələbləri pozularaq azad edildiyi müəyyən edilmiş 52 nəfər əvvəlki işinə qaytarılıb.
Bu ilin yanvar-sentyabr aylarında istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 166 bədbəxt hadisədə 46 nəfər dünyasını dəyişib. Bu hadisələrdə 135 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xatırladaq ki, ötən ilin 9 ayında istehsalatda baş vermiş 192 bədbəxt hadisə nəticəsində 49 nəfər ölmüşdü.
Elxan SALAHOV

Oxşar yazılar

Vanqadan 2026-cı il üçün qorxulu PROQNOZ: çətin ki, kimsə bəyənsin
23 avqust 2025 , 20:15
Bu 3 BÜRCÜN həyatı tezliklə dəyişəcək: kim daha şanslı olacaq
23 avqust 2025 , 18:58
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
23 avqust 2025 , 18:39
İstənilən ayın bu günlərində doğulanları sevindirən XƏBƏR: maliyyə uğuruna məhkumsunuz
23 avqust 2025 , 17:53
Heç kimin təxmin etmədiyi milyarderlərin şok şıltaqlıqları
23 avqust 2025 , 16:40
Ombudsmandan uşaqlarla bağlı paylaşım edənlərə MÜRACİƏT
23 avqust 2025 , 16:22
Bazar günü çimərliklərdə HAVA
23 avqust 2025 , 15:10