Keşişlər əhalini “SOCAR-Georgia”dan benzin almamağa çağırır
“Azərbaycan sizə benzin satıb, pulunuzla gürcü torpaqlarında məscidlər tikdirir”
Bolnisinin Faxralı kəndində qədim məscid binasının bərpasına etiraz edən keşişlər rayon mərkəzində ARDNŞ-in törəmə müəssisəsi olan “SOCAR-Georgia”ya məxsus yanacaqdoldurma məntəqəsi yaxınlığında aksiya keçiriblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, keşişlər əllərində “SOCAR-Georgia”dan benzin alma!” sözləri yazılmış şüarlar tutublar. Benzin doldurmaq üçün məntəqəyə gələn gürcü sürücüləri bundan çəkindirməyə çalışan keşişlər bildiriblər ki, “SOCAR-Georgia” məntəqələrindən alınan benzinə görə ödənilən hər qəpik Gürcüstanın maraqlarına qarşı istifadə olunur.
Onlar “SOCAR-Georgia”nın gürcülərə benzin satmaqdan əldə etdiyi qazanc hesabına “gürcü torpaqlarında” məscidlər tikdirdiyini bildiriblər. Dünən axşam analoji aksiya paytaxt Tiflisdə və “SOCAR-Georgia”ya məxsus benzindoldurma məntəqələri yerləşən digər rayonlarda da keçirilib.

Oxşar yazılar

Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54
Bayıldakı bu bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA
14 may 2025 , 17:44
İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?
14 may 2025 , 17:12
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
14 may 2025 , 17:05
Qız ya oğlan? - Uşağın cinsiyyətinə kim qərar verir?
14 may 2025 , 16:58
Hazırda bu rayona qar yağır - FAKTİKİ HAVA
14 may 2025 , 16:31