Bakıda 284 müəllim işə qəbul olunub
24 sentyabr 2009 14:30 (UTC +04:00)

Bakıda 284 müəllim işə qəbul olunub

Boş qalmış yerlərə qəbul üçün yeni müsabiqə keçiriləcək

Təhsil Nazirliyi 2009-2010-cu dərs ili üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant müəllim yerlərinə işə qəbul üçün elan etdiyi müsabiqəni yekunlaşdırıb. Müsabiqə iki mərhələdə həyata keçirilib. Müsabiqənin yekununda qalib gəlmiş müəllimlərə sentyabrın 15-dən sənədlərini işə qəbul edildikləri məktəblərə təqdim etmək hüququ verilib.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, müsabiqə iki mərhələdə keçirilib. Birinci mərhələdə təqdim olunmuş elektron ərizələrdəki məlumatlar və vakant yerlərə iddiaçıların şəxsi işlərindəki göstəricilər xüsusi meyarlar əsasında qiymətləndirilib. İkinci mərhələdə isə ixtisaslardan asılı olaraq, müsahibə və ya test yoxlaması aparılıb. Hər iki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilmiş keçid balını toplamış müəllimlər seçdikləri məktəblərə işə qəbul olunublar.

Nazirlikdə bildirirlər ki, müsabiqənin nəticələrinə görə, Bakıdakı orta məktəblərdə vakant yerlərə 284 müəllim işə götürülüb. Bunlardan 232-si ingilis dili, 20-si riyaziyyat, 8-i fizika, 4-ü kimya, 10-u biologiya, 27-si ibtidai sinif, 19-u Azərbaycan dili və ədəbiyyatı, 2-si rus dili və ədəbiyyatı, 19-u tarix, 56-sı informatika, 15-i coğrafiya, 45-i fiziki tərbiyə, 11-i gənclərin çağırışaqədərki hazırlığı, 4-ü əmək hazırlığı, 8-i musiqi və nəğmə, 4-ü təsviri incəsənət və rəsmxət müəllimidir.

Xatırladaq ki, müsabiqəyə 365 vakant yer çıxarmışdı. Bu müsabiqəyə 1044 nəfər sənəd verib. Müsabiqəyə çıxarılan 81 vakant yeri heç kim tuta bilməyib. Təhsil Nazirliyində bildirirlər ki, Bakı şəhərinin ümumtəhsil məktəblərində müsabiqənin nəticələrinə əsasən boş qalmış vakant yerlərə yeni müsabiqə elan ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar

İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?

İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?

14 may 2025 , 17:12
Univeristetlərdə "kartdan-karta" pul  QALMAQALI - AÇIQLAMA

Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA

14 may 2025 , 17:05
Qız ya oğlan? - Uşağın cinsiyyətinə kim qərar verir?

Qız ya oğlan? - Uşağın cinsiyyətinə kim qərar verir?

14 may 2025 , 16:58
Hazırda bu rayona qar yağır  - FAKTİKİ HAVA

Hazırda bu rayona qar yağır - FAKTİKİ HAVA

14 may 2025 , 16:31
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

14 may 2025 , 15:48
Kamran Əliyev yeni hərbi prokuroru kollektivə təqdim etdi

Kamran Əliyev yeni hərbi prokuroru kollektivə təqdim etdi

14 may 2025 , 14:30
Havada toz müşahidə olunur

Havada toz müşahidə olunur

14 may 2025 , 14:18
Bu qəsəbənin qazı kəsildi

Bu qəsəbənin qazı kəsildi

14 may 2025 , 14:01