Güclü yağış Göyçayda ciddi fəsadlar törədib
Azərbaycanın Göyçay rayonuna yağan güclü yağış nəticəsində sel suları 4 kəndə ciddi ziyan vurub.
Göyçay rayon fövqəladə hallar komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, bir necə gündür ki, İsmayıllı və Göyçay ərazisinə yağan intensiv yağışlar çaylarda suyun səviyyəsinin qalxmasına, eləcə də dağlardan sel sularının kəndlərə doğru axmasına səbəb olub. Leysan yağışları nəticəsində əmələ gələn sel suları Göyçayın dağətəyi kəndlərinə ciddi ziyan vurub.
Ötən gecə rayonun Şahsoltanlı kəndindəki 2 böyük süni gölün (su anbarı) dolub daşması nəticəsində Yekəxana, Qaraməryəm və Qarayazı kəndlərinin yolları, əkin sahələri, eləcə də, 50-yə yaxın evin zirzəmisi və həyətyanı sahə qalın lil örtüyü ilə əhatə olunub.
Rayon İcra Hakimiyyəti başçısının Qaraməryam kənd üzrə icra nümayəndəsi Seymur Qasımov APA-nın yerli bürosuna bildirib ki, yaxınlıqdakı Qarayazı kəndində 10-dan artıq elektrik və rabitə dirəyi aşıb, xətlər qırılıb, 30-a yaxın evin zirzəmisi sel suları ilə dolub. Əhali artıq bir sutkadır ki, işıqsız və telefonsuz qalıb. Sel suları dağ ətəyindəki maldarlıq fermalarında məskunlaşan 20-dən artıq məcburi köçkün ailəsi üçün də problemlər yaradıb. Bu kəndlərin hamısında daxili küçələrdə gediş-gəliş üçün çətinləşib. Yollardakı lil örtüyü şagirdlərin məktəbə getməsinə maneə törədib. Təkcə Yekəxana kəndində 15-ə yaxın evi, qəbiristanlığı və məscidi sel suları basıb. Sel kənd sakinlərinin toyuq-cücəsini və qoyununu da aparıb.
Rayon fövqəladə hallar komissiyanın nümayəndələri selin ziyan vurduğu yerlərdə olublar. Əraziyə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz İbrahimov APA-ya bildirib ki, sel basmış kəndlərə texnika və canlı qüvvə cəlb olunub və hazırda ərazidə təmizləmə işi aparılır. Kəndlilərə dəyən ziyanın məbləği hesablanır.
Rayonun paylayıcı elektrik şəbəkəsinin və telekommunikasiya qovşağının nümayəndələri təmir-bərpa işləri görürlər.

Oxşar yazılar

Bakıda Nobel qardaşların tikdiyi bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA
14 may 2025 , 17:44
İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?
14 may 2025 , 17:12
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
14 may 2025 , 17:05
Qız ya oğlan? - Uşağın cinsiyyətinə kim qərar verir?
14 may 2025 , 16:58
Hazırda bu rayona qar yağır - FAKTİKİ HAVA
14 may 2025 , 16:31
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
14 may 2025 , 15:48
Kamran Əliyev yeni hərbi prokuroru kollektivə təqdim etdi
14 may 2025 , 14:30