“Azersun” prezidenti Diyarbəkirdə 1,5 milyonluq məktəb tikdirdi
Abdolbori Goozal televiziyada izlədiyi bir xəbərdən təsirlənərək bu addımı atıb
Azərbaycan fəaliyyət göstərən türkiyəli iş adamı, “Azersun Holdinq”in prezidenti Abdolbori Goozal diqqətçəkən bir addım atıb.
Lent.az-ın Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, o, Diyarbəkirin Ərgani qəsəbəsinin Dəmirli kəndində məktəb tikdirib.
Belə ki, Gözəl 3-cü sinifdən sonra təhsil almaq imkanı olmaması səbəbindən ağlayan, məktəbə gedə bilməyən yoldaşlarına oxuma-yazmağı öyrədən 11 yaşlı Sibel Talayı televiziyada izlədikdən sonra Bədəvi-Baran İbtidai təhsil məktəbi tikdirib. Sibel Tala Şegal kəndindən olsa da, Dəmirlidə tikilmiş məktəbdə o və digər ətraf kəndlərin uşaqları da təhsil ala biləcək.
Məktəbin açılış mərasiminə Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Əkər, AKP-nin Diyarbəkirdən olan millət vəkilləri Abdurrrahman Kurt, İhsan Arslan və digər rəsmilər qatılıb.
Açılış mərasiminə şəxsən qatılan Abdolbori Goozal çıxışında Şengal kəndində oxuya bilməyən yoldaşlarına oxuma-yazma öyrədən Sibel Talayı televiziyalarda izlədikdən sonra Diyarbəkir valisi Hüseyn Avni Mutlu ilə əlaqə saxladığını, orada məktəb tikdirmək istəyini açıqladığını söyləyib.
Açılış mərasiminə qatılmış Diyarbəkir Böyük şəhər bələdiyyəsinin sədri Osman Baydəmir məktəbə ağac əkməkdə kömək edəcəyini bildirərək Abdolbori Goozal kürd dilində təşəkkür edib.
“Azersun Holdinq”in prezidenti 387 şagird tutumlu məktəbin tikintisinə 1,5 milyon Türk lirəsi (təxminən 750 min manat) xərcləyib. Məktəbin tikintisi 6 aya başa gəlib.

Oxşar yazılar

İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?
14 may 2025 , 17:12
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
14 may 2025 , 17:05
Qız ya oğlan? - Uşağın cinsiyyətinə kim qərar verir?
14 may 2025 , 16:58
Hazırda bu rayona qar yağır - FAKTİKİ HAVA
14 may 2025 , 16:31
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
14 may 2025 , 15:48
Kamran Əliyev yeni hərbi prokuroru kollektivə təqdim etdi
14 may 2025 , 14:30
Havada toz müşahidə olunur
14 may 2025 , 14:18