Çaylar daşıb
Qısamüddətli daşqınlar ölkə ərazisindən keçən çayların əksəriyyətində müşahidə olunub
Sentyabrın ayının 27-də gün ərzində, 27-dən 28-ə keçən gecə və səhərədək yağan leysan yağışlar nəticəsində respublikanın əksər çaylarında suyun səviyyəsi artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Vəşəruçayın Daşdatük məntəqəsində suyun səviyyəsi 61, Viləşçayın Şıxlar məntəqəsində 56, Lənkərançayın Lənkəran məntəqəsində 80, Sifidor məntəqəsində isə 43 santimetr qalxıb.
Böyük Qafqazın Balakən-Şəki-Oğuz-Qəbələ bölgələrinin ərazisindən axan Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Qaraçay, Kürmüçay, Hamamçay, Başdaşağılçay, Şinçay, Kişçay, Əyriçay, Küngütçay, Zəyzitçay, Dəhnəçay, Əlicançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və Türyançaydan qısamüddətli daşqınlar keçib.
Elxan SALAHOV

Oxşar yazılar

Daha bir məktəbdə rüşvət İDDİASI - "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54
Bayıldakı bu bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA
14 may 2025 , 17:44
İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?
14 may 2025 , 17:12
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
14 may 2025 , 17:05
Qız ya oğlan? - Uşağın cinsiyyətinə kim qərar verir?
14 may 2025 , 16:58
Hazırda bu rayona qar yağır - FAKTİKİ HAVA
14 may 2025 , 16:31
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
14 may 2025 , 15:48