Virtual aləmin “AİDS”-i!
Bank hesablarından oğurluqlarının 44 faizinin əsas səbəbkarıdır...
Dünyanın ən təhlükəli casus proqramı nəzərə çarpmadan şifrələrin surətini çıxarır.
Lent.az-ın verdiyi məlumata görə, “Trusteer” təhlükəsizlik şirkətinin 1000 kompüter üzərində apardığı araşdırmalar anti-virus proqramlarının 80 faizə qədərinin “Zevs” adlı casus proqramı aşkarlaya bilmədiyini ortaya çıxarıb.
“Zevs” adlı bu casus proqram kompüterə heç bir zərər vermədən istifadəçi öz bank hesabına girənə qədər gözləyir və istifadəçinin duyuq düşməsinə səbəb olan heç bir fəaliyyət göstərmir. Casus proqram “root-kit” texnologiyası ilə anti-virus proqramlarından yayınır. Anti-virus proqramlarının yalnız 23 faizi onu internet axtarış sistemində buraxdığı izdən tanıya bilir.
Casus proqram surətini çıxardığı bank məlumatlarını onu istifadəçinin kompüterinə yönəldən şəxsin internet ünvanına göndərir. Bu zaman o, MSN kimi anında mesajlaşma formasından istifadə edir.
“Zevs” casus proqramı təkcə Amerikada 3,6 milyon kompüterdə mövcuddur. Dünyada hər 100 kompüterdən birində olan bu casus proqram bankların qarşılaşdığı problemlərin (oğurluq və s.) 44 faizinin əsas səbəbidir.

Oxşar yazılar

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54
Bayıldakı bu bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA
14 may 2025 , 17:44
İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?
14 may 2025 , 17:12