Bakı Metrosu rekordu əldən verəcəkmi?
Bakı Metropoliteni Ginnesin “Rekordlar kitabı”na üç rekordla düşüb.
Bakı metropoliteni Şərqdə ilk metro olaraq (1967) SSRİ dövründə rekord əldə etdi. Bu göstərici dəyişməyən rekordlar siyahısına daxildir.
Metropolitenin ikinci “rekordu” isə müstəqillik dövrünə təsadüf edir. 28 oktyabr 1995-ci “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olur, 400 nəfər isə xəsarət alır. Bu qəza “Ginnes rekordlar kitabı” redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və birincilik bizə keçdi. Bu rekord da (hələ ki) dəyişməz olaraq qalır.
Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir “uğura” imza atıb və təqribən 15 ilə yaxın müddətdə “keçici bayrağı” heç kimə verməyib.
Görəsən son qiymət artımından sonra rekordun sahibi kim olacaq?
Vüqar Ələsgərov

Oxşar yazılar

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54
Bayıldakı bu bina niyə sökülür? - RƏSMİ AÇIQLAMA
14 may 2025 , 17:44
İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?
14 may 2025 , 17:12