182 ölkə arasında 86-cı yerdəyik
BMT-nin İnkişaf Proqramının apardığı araşdırmaların nəticələrinə görə, Azərbaycan həyat səviyyəsinə görə dünya ölkələri sırasında 86-cı yeri tutur.
APA-nın məlumatına görə, BMT-nin İnkişaf Proqramının “Human Development report 2009” adlı hesabatı bu gün açıqlanıb. Azərbaycan həyat səviyyəsinin indeksinə görə son bir ildə 2 pillə irəliləyərək 86-cı yerdə qərarlaşıb. Dünyada ən yüksək həyat səviyyəsi Norveçdədir, bu siyahıda növbəti yerləri Avstraliya, İslandiya, Kanada, İrlandiya, Hollandiya, İsveç, Fransa, İsveçrə və Yaponiya tutur.
Həyat səviyyəsi yüksək olan ikinci qrup ölkələr siyahısında Bəhreyn, Estoniya, Polşa, Slovakiya, Macarıstan, Çili və Xorvatiyanın adları var. Belarus (68-ci yer), Rusiya (71-ci yer) və Türkiyə (79-cu yer) də bu qrup ölkələr sırasında yer alıb. Postsovet məkanı ölkələrinin əksəriyyəti, həmçinin İran həyat səviyyəsi orta olan ölkələr sırasında yer alıb. Ən aşağı həyat səviyyəsi indeksi isə Mali, Mərkəzi Afrika Respublikası, Syerra-Lyone, Əfqanıstan və Nigerdədir.
Təhqiqat zamanı orta insan ömrü, əhalinin savadlılığı, təhsil imkanları, ailədə məktəbə gedən uşaqların sayı, adam başına düşən ümummilli gəlirin səviyyəsi kimi göstəricilər əsas götürülüb. Təhqiqat dünyanın 182 ölkəsini əhatə edib.

Oxşar yazılar

Mayda bəxtəvərlər siyahısına düşən 5 BÜRC: Hər şey dəyişəcək
15 may 2025 , 00:02
Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54