MHŞT-yə qoşulan şirkətlərin sayı 27-yə çatdı
"GDF SUEZ Eksploreyşn Kaspian B.V." şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu
"GDF SUEZ Eksploreyşn Kaspian B.V." şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulub. Artıq bu barədə akt da imzalanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNŞ) Lent.az-a bildiriblər ki, "Qoşulma Aktı"nı imzalamaqla Memoranduma qoşulmuş digər şirkətlər kimi "GDF SUEZ Eksploreyşn Kaspian B.V." də şirkəti növbəti on birinci hesabat dövrü üzrə Azərbaycan hökumətinə ödənişləri barədə hesabat verəcək.
Xatırladaq ki, Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri tərəfindən imzalanıb. Bunlar ARDNŞ, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlərdir. Sonradan Memoranduma daha 5 şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO və Apsheron Investments Ltd şirkətləri qoşulub. "GDF SUEZ Eksploreyşn Kaspian B.V."lə imzalanmış aktla MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 27-yə çatıb.
Elxan SALAHOV

Oxşar yazılar

Mayda bəxtəvərlər siyahısına düşən 5 BÜRC: Hər şey dəyişəcək
15 may 2025 , 00:02
Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54