QMİ-nin israfçılıqla bağlı fətvalarına əməl olunmur
Hacı Sabir Həsənli: “Yas mərasimlərinin dəbdəbəli keçirilməsi, qəbir yerlərinin geniş ərazini əhatə etməsi də islam qaydalarına uyğun deyil”
“Biz yas mərasimlərində israfçılıqla bağlı dönə-dönə fətva vermişik. Ancaq yas mərasimlərində israfçılıq qalmaqdadır. Hamı istəyir ki, yas mərasimini qonşusundan daha dəbdəbəli keçirsin”.
Lent.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli bu gün keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, yas mərasimlərində edilən israfçılığı adət-ənənə halına salmaq düzgün deyil.
Sədr müavini bildirib ki, son zamanlar Azərbaycanda yas mərasimlərinin VİP çadırlarda keçirilməsi ənənəyə çevrilib, süfrəyə ən bahalı meyvələr qoyulur. Onun sözlərinə görə, yas mərasimlərinin dəbdəbəli keçirilməsi, qəbir yerlərinin geniş ərazini əhatə etməsi islam qaydalarına uyğun deyil: “İnsanın öləndən sonra torpaq zəbt etməyə ixtiyarı yoxdur. Bunun özü də israfçılıqdır, amma biz bunu edirik”.
Hacı Sabir Həsənli qəbir üçün torpaq sahəsinin satılmasının da islama zidd olduğunu deyib. İslama görə isə qəbir yerləri pulla satılmamalıdır. Bizim idarə bu barədə də fətvalar verib. Lakin Qafqaz Müsəlmanları İdarəsi inzibati orqan deyil və bu səbəbdən belə qadağaları tətbiq etmək mümkün olmur”.
Elxan SALAHOV

Oxşar yazılar

Mayda bəxtəvərlər siyahısına düşən 5 BÜRC: Hər şey dəyişəcək
15 may 2025 , 00:02
Günəşdə 2025-ci ilin ən güclü partlayışı: güclü maqnit qasırğaları XƏBƏRDARLIĞI
14 may 2025 , 23:01
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
14 may 2025 , 21:20
Mayın ortasında lopa-lopa qar yağdı
14 may 2025 , 18:58
May DÖRD BÜRC üçün həlledici olacaq
14 may 2025 , 18:34
Sabah Bakının 5 rayonunda qaz olmayacaq
14 may 2025 , 17:56
Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"
14 may 2025 , 17:54