“Radioların monitorinqi zamanı müsbət tendensiya gördük”
06 noyabr 2009 17:30 (UTC +04:00)

“Radioların monitorinqi zamanı müsbət tendensiya gördük”

0
“Televiziya və radioların monitorinqi daim davam edir.

Sadəcə olaraq, biz monitorinq zamanı çox kobud pozuntular olanda biz həmin məsələni qaldırırıq. Elə məsələlər isə var ki, o çıxanda yalnız telekanallarla söhbətləşib həll edirik”.


Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.


O, radioların monitorinqinin nəticələri barədə də danışıb: “Biz radioların monitorinqi zamanı müsbət tendensiya gördük. Ona görə də bunu xüsusi müzakirə etmədik”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 748

Oxşar yazılar