İstanbulda “İDEF-2011” X sərgisi başladı
APA-nın məlumatına görə, Türkiyə prezidenti Abdulla Gülün himayəsi altında, Türkiyə Milli Müdafiə Nazirliyi və Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun dəstəyi ilə keçirilən sərgiyə 44 ölkədən 575 şirkət, 65 ölkədən 31-i nazir olmaqla 350 xarici nümayəndə heyəti qatılıb.
Mayın 13-də başa çatacaq sərgidə önəmli yeri Türkiyənin yerli şirkətləri tutur. Sərgi çərçivəsində bu il Türk Hava Qüvvələrinin yaranmasının 100 iliyi nünasibəti ilə Türkiyə hərbi aviasiyası tərəfindən bir sıra aviaşouların nümayiş etdirilməsi planlaşdırılır.
Bu ilki sərginin debütləri hazırda «Otokar» şirkəti tərəfindən hazırlanan Türkiyənin milli tankı «Altay»ın prototipi və TAİ şirkəti tərəfindən istehsal olunmuş «Anka» pilotsuz təyyarəsidir. Bundan başqa, ASELSAN şirkəti tərəfindən tam modernizasiya olunmuş, bütün elektronik, optik, mexanik, hidravlik sistemləri dəyişdirilmiş «Leopard 2 Next Generation» adlı «Leopard» tankı da nümayiş etdirilir.
Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) də ayrıca stendlə təmsil olunur. MSN-in stendində nazirliyin müəssisələrində istehsal olunmuş müxtəlif növ hərbi təyinatlı məmulatlar, müxtəlif silahlar üçün döyüş sursatları, minaatanlar və onların mərmiləri, təlim sursatları, optik qurğular, həmçinin «İstiqlal» snayper tüfəngi daxil olmaqla 89 adda məhsul nümayiş olunur. Azərbaycan stendində MSN-in Cənubi Afrikanın «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri barədə məlumatlar da yer alıb.
İDEF-2011 sərgisində Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camlovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Sərgiyə həmçinin Azərbaycan Müdafiə Nazirliyinin və digər hərbi qurumların nümayəndələri də ziyarətçi qismində qatılıblar.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə şirkətlərinin stendlərinə baxış keçirməsi, xarici hərbi heyətlərlə bir sıra görüşləri planlaşdırılır.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04