Rusiyadan Azərbaycana ancaq bu qədər pul göndərmək  mümkün olacaq
29 sentyabr 2026 14:32 (UTC +04:00)

Rusiyadan Azərbaycana ancaq bu qədər pul göndərmək mümkün olacaq

0

Rusiya Prezidenti Vladimir Putin ölkədən yaxın xaric ölkələrə 1 milyon rubldan artıq nağd pul çıxarılmasını qadağan edən fərman imzalayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, sənədə əsasən, qadağa Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə, həmçinin Azərbaycan, Tacikistan və Özbəkistana şamil olunur.

Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, nağd rublun hava sərhəd-keçid məntəqələri vasitəsilə ölkədən çıxarılmasına müəyyən hallarda icazə veriləcək.

Həmçinin pulun həm göndərildiyi, həm də çatdırılacağı məntəqə Rusiyadan kənarda yerləşirsə və vəsait yalnız tranzit marşrut üzrə Rusiya ərazisindən keçirsə, bu hal da istisna kimi nəzərdə tutulur.

Avrasiya İqtisadi İttifaqına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Moldova, Özbəkistan, Kuba və İran isə təşkilatda müşahidəçi dövlət statusuna malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar