Bakı aeroportunda ƏMƏLİYYAT:  əcnəbi 4 milyonluq brilyantla   TUTULDU
29 sentyabr 2026 12:05 (UTC +04:00)

Bakı aeroportunda ƏMƏLİYYAT: əcnəbi 4 milyonluq brilyantla TUTULDU

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan Respublikası vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.

Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin “Qırmızı Kanal”a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.

Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib.

Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar