Tofiq Rüstəmovun xatirəsi Qubada anıldı - FOTO
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Quba bələdiyyəsinin akt zalında baş tutan toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimləri, yerli icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov Tofiq Rüstəmovun həyat və fəaliyyəti barədə məlumat verib. O deyib ki, Tofiq Rüstəmovun milli jurnalistikamızda yeri, mövqeyi, sanballı rolu çoxdan müəyyənləşib: “Tofiq Rüstəmov mətbuat tariximizin gözəl bilicisi və tədqiqatçısı, ensiklopedik biliyə malik tərcüməçi, televiziya və radio jurnalistikası sahəsində əvəzsiz mütəxəssis, tərcümə sənəti nəzəriyyələrinin ilk yaradıcılarından biri, ana dilimizin saflığı və təmizliyi keşiyində duran təəssübkeş redaktor, mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi idi. Bunlar onun ömür yolunun silinməz və danılmaz izləridir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Tofiq Rüstəmovla bağlı anım tədbirinin mərhumun doğulduğu Quba rayonunda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib: “Tofiq müəllim əsl ziyalı idi. Hadisə və proseslərə şəxsi yanaşması və prinsipiallığı ilə seçilirdi. Ad-sanına baxmayaraq təkəbbürdən uzaq sadə insan idi. Öz fəaliyyəti ilə bütöv jurnalist nəslinin formalaşmasını təmin etdi, onun simasını, sanki gələcəkdə necə davranmalı olduğunu müəyyənləşdirdi. Bütün bunlar Tofiq müəllimin daim yaddaşlarda qalacağını təmin edən mühüm keyfiyyətlərdir”.
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə Tofiq Rüstəmovu yaxın dost, səmimi və qayğıkeş insan, görkəmli alim və ictimai xadim kimi xarakterizə edib. Yalçın Əlizadə Tofiq Rüstəmovun 75 illiyi münasibətilə hazırlanan kitab barədə məlumat verib, BDU-nun rektoru Abel Məhərrəmovun təbrikini çatdırıb.
BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli Tofiq Rüstəmovun xarakterindən və tələbələrinə doğma münasibətindən danışıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Arzumanlı, BDU-nun jurnalistika fakültəsinin müəllimləri Qulu Məhərrəmli, Nəsir Əhmədli, Mahmud Mahmudov, “ANS”in bölgə müxbiri Aytəkin Alxaslı, Quba rayonu Heydər Əliyev Muzeyinin direktoru Elza Orucova, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, rayon sakinlərindən qocaman jurnalist Ərşad Əzimzadə, müəllim Firudin Kazımov çıxış ediblər. Onlar Tofiq Rüstəmovla bağlı xatirələrindən, onun milli jurnalistikanın inkişafındakı rolundan danışıblar.
Sonda Tofiq Rüstəmovun oğlu Abas Rüstəmov çıxış edib və qonaqlara ailələri adından minnətdarlığını bildirib.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04