70 rayondan olan ailələr Xaçmazda bir araya gəldi
14 may 2011 19:55 (UTC +04:00)

70 rayondan olan ailələr Xaçmazda bir araya gəldi

0
Mayın 14-ü Beynəlxalq Ailə günü münasibətilə Xaçmaz rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin təşkilatçılığı ilə geniş tədbir keçirilib. Azərbaycanın 70 rayonundan olan ailələr Xaçmazda bir araya gəlib.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərasim Azərbaycanın müstəqilliyinin bərpasının 20-cü il dönümü və 15 may Beynəlxalq Ailə günü münasibətilə təşkil olunub. Bayram tədbiri çərçivəsində iki gənc üçün toy mərasimi keçirilib. Xaçmaz rayon Xudat şəhər sakinləri Habil Əliyev və Rəhilə Alışovların nikahları kəsilib. Gənc ailəyə Xaçmaz RİH-i tərəfindən torpaq sahəsi və dövlət komitəsi tərəfindən müxtəlif hədiyyələr verilib.

Bundan başqa Baloğlanovlar da evliliklərinin 65-ci il dönümünü - brilyant toylarını - qeyd edib.

Tədbir bayram konserti ilə davam etdirilib.


Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1188

Oxşar yazılar