Maliyyə Nazirliyinə qarşı dələduzluq edənlərə CƏZA İSTƏNİLDİ
29 sentyabr 2026 12:28 (UTC +04:00)

Maliyyə Nazirliyinə qarşı dələduzluq edənlərə CƏZA İSTƏNİLDİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Əzimov, Emin Adıgözəlov və Nazim Qarayevin cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlər - Elnur Əzimovun 15 il, Emin Adıgözəlovun 12 il, 6 ay, Nazim Qarayevin 13 il azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkilləri çıxış üçün vaxt istəyib.

Növbəti proses 20 oktyabr saat 14:00-a təyin olunub.

Xatırladaq ki, Nazim Qarayev, Emin Adıgözəlov və Elnur Əzimov Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193.1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar