500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi
05 aprel 2025 20:46 (UTC +04:00)

500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi

Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada 1686 müəllim iştirak edib. 1686 müəllimdən attestasiya komissiyalarının qərarına əsasən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib.

Lent.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, onlardan 56 nəfər (11,4%) ali, 436 nəfər (88,6%) orta ixtisas təhsillidir.

56 nəfər ali təhsilli uğur qazanmayan müəllimlərdən 26 nəfəri Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Konservatoriyasının, 9-u Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 9-u Azərbaycan Dövlət Pedaqoji Universiteti, 6-sı Azərbaycan Milli Konservatoriyası, 4-ü Naxçıvan DU, 1-i Lənkəran DU, 1-i isə Rəssamlıq Akademiyasının məzunlarıdır.

436 nəfər kəsilən orta ixtisas təhsil müəssisələri məzunlarından 196-sı Sumqayıt Musiqi Kolleci, 135-i Bakı Musiqi Kolleci, 32 nəfəri Şuşa Musiqi Kolleci, 18 nəfəri Şəki Musiqi Kolleci, 15 nəfəri Gəncə Musiqi Kolleci, 14 nəfəri Ağdam Musiqi Kolleci, 12 nəfəri Bakı Humanitar Kolleci, 7 nəfəri Naxçıvan Musiqi Kolleci, 4 nəfəri Lənkəran Musiqi Kolleci, 2 nəfəri Şuşa Humanitar Kolleci, 1 nəfəri Altay Musiqi Texnikumunu bitirən müəllimlərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1790

Oxşar yazılar

Azərbaycanda xalça yuyanla  ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

Azərbaycanda xalça yuyanla ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

1 may 2025 , 16:04
Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21