Azərbaycan aliminin yeni ixtirası ABŞ-da patent aldı
27 yanvar 2020 01:47 (UTC +04:00)

Azərbaycan aliminin yeni ixtirası ABŞ-da patent aldı

0

 


Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin ixtirası Amerika Birləşmiş Ştatlarında (ABŞ) patent alıb. 

Universitetdən Lent.az-a verilən məlumata görə, alimin “Əvəzedicilərin elektrokimyəvi reduksiyası üçün metodlar və sistemlər” adlı ixtirasına yanvarın 9-da ABŞ-ın Patent və Əmtəə Nişanları Ofisi tərəfindən US 2020/0010964A1 nömrəli patent verilib.

Yeni ixtira karbon dioksidin elektrokimyəvi reduksiyasından bəhs edir. Karbon dioksidin tutulması və utilizasiyası ətraf mühit problemlərinin həlli ilə yanaşı, neft-kimya məhsullarının yeni üsulla alınmasına da imkan verir.

Qeyd edək ki, son zamanlar atmosferdə karbon dioksidin miqdarının artması bir sıra problemlərə, o cümlədən qlobal istiləşməyə səbəb olur. Bunun qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrində dövlət proqramları həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 649

Oxşar yazılar