“Qaradağ rayonunda yerləşən 166 nömrəli orta məktəb digər təhsil müəssisələrindən öz unikallığı ilə fərqlənir. Belə ki, məktəb elektrik enerjisi tələbatının böyük bir hissəsini günəş panelləri hesabına ödəyir”. Son zamanlar “Azalternativenerji” MMC tərəfindən sözügedən məktəb də daxil olmaqla paytaxtın bir sıra təhsil müəssisələrində, xəstəxanalarında və digər sosial obyektlərində günəş panelləri quraşdırılıb. Bununla da sözügedən obyektlər elektrik enerji tələbatlarının böyük bir hissəsini öz hesabına ödəyir. Sistemin işləmə mexanizmi olduqca sadədir. Panellər vasitəsilə günəşdən alınan təbii enerji məktəbin daxilində quraşdırılmış batareyalara ötürülür. Burada xüsusi inventorlar həmin enerjini gündəlik istifadə etdiyimiz adi elektrik enerjisinə çevirir və şəbəkəyə ötürür. Milli qəhrəman Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey kompleksinin direktoru Şəmsi Qocayev deyir ki, hazırda məktəbin elektrik enerjisi tələbatı tamamilə günəş panelləri hesabına ödənilir. Qış aylarında isə tələbatın ancaq 1/3 hissəsi günəş enerjisi ilə təmin olunur: “Bu panellər qış aylarında məktəbin elektrik enerjisinə olan tələbatının 30%-ni, yayda isə 100%-ni təmin edir. Bundan başqa, məktəbin digər korpusu da bu enerjidən istifadə edir. Təbii ki, Alternativ Enerji Agentliyi ilə “Azərişıq” ASC arasında müqaviləyə əsasən onlar öz hesabatlarını aparırlar. Həmin enerji “Azərişıq” ASC-yə satılır. “Azərişıq” ASC də bizi elektrik enerjisi ilə təmin edir”. Məktəbin bütün mərtəbələrində quraşdırılan və günəş panelləri hesabına işləyən kondisionerlər qışda sinif otaqlarını qızdırır. Yayda isə bu qurğulardan otaqların soyudulmasında istifadə olunur: “Panellərin əhəmiyyəti xüsusən qış aylarında hiss olunur. Məktəbin 3-cü mərtəbəsində kondisionerlər işləyir. Məktəbin binası şimal tərəfdə yerləşdiyinə görə, 3 mərtəbə çox soyuq olur. Amma kondisionerlər işləyəndə kifayət qədər istilik verir və 3-cü mərtəbə tam qızır”. “Azalternativenerji” MMC-nin Enerji satışı və uçotu şöbəsinin müdiri Mikayıl Rəsulov bildirir ki, bu qəbildən olan sosial obyektlərdə alternativ enerji qurğularının, əsasən də günəş panellərinin quraşdırılması praktikası özünü tam olaraq doğrultmaqdadır. Onun sözlərinə görə, gələcəkdə də bu iş davam etdiriləcək: “Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli məktəb ərazinin ən böyük məktəblərindən biridir. Həmin ərazidə, məktəbin dam hissəsində 32 kilovatlıq günəş panelləri quraşdırılıb. Əlavə olaraq isə 60 kv-lıq istilik nasosları quraşdırılıb. Bu məntəqənin fəaliyyət dövründə bu məktəbdə 157 min kv/saat elektrik enerjisi həm məktəbin sərfiyyatına, həm də istifadə olunmadığı halda şəbəkəyə ötürülmüşdür. Eyni zamanda 60 kv-lıq istilik nasosları vasitəsilə 356 geqa-kalori həcmində məktəbin istilik təchizatı tam şəkildə təmin olunmuşdur”. Qeyd edək ki, Qaradağda yerləşən 166 nömrəli məktəb-lisey kompleksi ilə yanaşı rayonun Müşfiqabad qəsəbəsindəki 320 nömrəli məktəbin dam hissəsində də günəş panelləri quraşdırılıb. Bununla yanaşı, Pirallahı rayonunun 235, Sabunçu rayonunun 90 nömrəli məktəblərində də sözügedən sistem quraşdırılıb.
SOSİAL
- Ana səhifə
- SOSİAL
Bu məktəb enerjiyə tələbatını özü ödəyir - VİDEO
- Çox güclü yağış yağacaq - Sabahın havası
- Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olunub
- IV Şuşa Qlobal Media Forumunda media diplomatiyasının rolu müzakirə olundu
Oxşar yazılar
XƏBƏR LENTİ
03:25FIFA-dan qeyri-adi qərar: mətbuat konfransına bilet satılacaq
02:32Somalidə dəniz quldurları tanker ələ keçirdi
01:29Salah "Beşiktaş"a keçir?
00:17Gəncədə iki maşın toqquşdu, xəsarət alanlar var
22:03Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər öldü, 34 nəfər itkin düşdü
21:55Babək rayonunda QƏZA: yaralılar var
21:23Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı
21:04Sumqayıtda avtobusla minik maşını toqquşdu
20:30Sabahın hava proqnozu
20:15Kino seriallara uduzur – Azərbaycan tamaşaçısının zövqündə səssiz inqilab
19:59Piylənməyə qarşı dərmanlarla bağlı XƏBƏRDARLIQ
19:46Qarpızı bu formada yeməyin - Faydası olmayacaq
19:33Mərdəkanda gənc oğlan dənizdə boğuldu
19:20Bergüzar Korel Halit Ergençin qeyri-adi vərdişini AÇIQLADI
19:07Xərçəngin qarşısını almağa və ürəyi qorumağa kömək edən məşhur giləmeyvə
19:01Şuşada Vaqif Poeziya günlərinin açılış mərasimi
18:53Dünya çempionatının ən yaşlı oyunçusu karyerasını başa vurdu
18:38Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR
18:29Əlilliklə bağlı saxta sənəd verən həkimlərin MƏHKƏMƏSİ
18:23Paltaryuyan maşında "Eco" rejimi nədir - onu nə vaxt istifadə etmək lazımdır?
18:09Hər səhər dondurma yeməyin FAYDALARI
17:58Uzunömürlülər bu 6 qidanı heç vaxt yemirlər
17:52"Saxta sənədlər üçün 3-4 min manatdan çox almırıq” – Məhkəmədə əcaib ETİRAF
17:43İspaniya millisi onsuz uğur qazana bilməzdi – İbrahimoviç
17:28Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu
17:2563 yaşlı aktrisanın əbədi gəncliyinin sirri: cərrahlar ulduzun əsas prosedurunu AÇIQLADILAR
17:10Beş yaşlıların məktəbə qəbulu başlayır
16:57Niyə bəzi insanlar çoxlu üzük taxırlar? - Psixoloqların CAVABI
16:52Bakıda DƏHŞƏT: 30 yaşlı kişi 9-cu mərtəbədən yıxılıb öldü
16:46“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar
16:43II və III ixtisas qrupları üzrə qəbul imtahanının NƏTİCƏLƏRİ
16:42Bakıda narkotiklə bağlı bir ayda 161 nəfər saxlanıldı - VİDEO
16:26Bıçaq altına yatmayan məşhurlar - Onlar estetik əməliyyatdan qaçır
16:1942 milyon manatı leqallaşdıranlar HAKİM QARŞISINDA
16:11Pişiklər niyə qarınlarını sahiblərinə göstərirlər?
15:56Tərtərdə 2 maşın toqquşdu: Ər-arvad öldü - YENİLƏNİB
15:49Azərbaycan Çempionatının yeni mövsümdə ilk turunun püşkü atıldı
15:48Xaricdə həbs olunmağınıza səbəb ola biləcək beş zərərsiz suvenir
15:33Uşağı 10 dəqiqəyə yatızdırmaq üçün 4 axşam vərdişi
15:18"Alla, təşəkkür edirəm, əlvida" - Rusiyada Puqaçovanın oxşarı tapıldı
15:03Sabah çimərlik havası olacaq? - PROQNOZ
14:49Bankanın dibinə bunu qoyun - xiyarlar bütün qış boyu xırtıldayan qalacaq
14:34Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ
14:19Oktay Kaynarcadan təəccüblü ETİRAF: "Mən sadəcə ölə bilmirəm"
14:04Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
13:49Beyin yuxusuzluqdan "özünü yeməyə" başlayır - Bu, əslində nə deməkdir?
13:44Naxçıvanda keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı
13:34Bərbərdən XƏBƏRDARLIQ - Bu saç məhsuluna boş yerə pul xərcləyirsiniz
13:19"Bu, rüsvayçılıqdır" - Zidandan Fransa millisinə sərt tənqid
13:05Məşhur modellər şellakdan imtina edir
12:51Bu tarixlərdə doğulanların sevgidə bəxti gətirmir
12:36Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
12:29Avtomobil yolu olmayan kənd turistlərin sevimli məkanına çevrildi
12:14Araq içən arıq insanlara XƏBƏRDARLIQ
11:59Avropanın ən uzun binasında otel açılacaq
11:44İşıq qəfil kəsildi, televizor yandı... – “Azərişıq” abonentə təzminat ödəməlidirmi?
11:42“Günü dörd manata kirayədə qalırdıq, elə həddə gətirdi ki, öldürdüm” - MƏHKƏMƏ
11:29Biz sizin üçün yazırıq... Siz özünüz üçün oxuyun
11:14Günəş yanığı almamaq üçün faydalı MƏSLƏHƏTLƏR
11:08“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçib