Lerikdə bir nəfərin ölümünə səbəb olan sürüşmənin səbəbi açıqlanıb
07 mart 2020 22:23 (UTC +04:00)

Lerikdə bir nəfərin ölümünə səbəb olan sürüşmənin səbəbi açıqlanıb

0

 

Lerik rayonunun Çayrud kəndində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar monitorinqlər aparılır.

APA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanov bildirib.

Nazirliyin əməkdaşlarının sürüşmə sahəsində apardığı monitorinqin nəticəsində məlum olub ki, prosesin baş verməsinə səbəb əsasən atmosfer yağıntılarıdır: "O cümlədən qar örtüyünün tədricən əriməsi də sürüşməyə səbəb olub. Hazırda sürüşmə aktiv fazadadır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1859

Oxşar yazılar