APA TV-də  yeni layihə: "KimsəBizlər" - İnternat hekayələri -VİDEO
08 aprel 2025 13:51 (UTC +04:00)

APA TV-də yeni layihə: "KimsəBizlər" - İnternat hekayələri -VİDEO

Qandonduran internat hekayələrindən üzü günəşə doğru...

Qurd qışı çıxdı, ayazı unutmadı

Lent.az xəbər verir ki, APA TV “KimsəBizlər” adlı yeni layihəyə başlayır. Layihə internat məktəblərində böyüyənlərə həsr edilib.

Onlara “kimsəsiz” deyirlər. Suallar ortaya çıxır. Bu qədər insan olan dünyada niyə “kimsəsizlər” var? Cəmiyyət özü ailə ola bilirmi? O kimsələr BİZDƏN deyilmi? Cəmiyyət böyük ailə deyilsə, nədir?

Bu film-verilişdə internatı bitirən və cəmiyyətdə müəyyən mövqe tutan insanlar baş roldadırlar. Məqsədimiz internat uşaqlarının cəmiyyətə adaptasiyasına kömək etmək, cəmiyyətlə onların münasibətini istiləşdirmək, konkret şəxslərin timsalında valideyn himayəsindən məhrum uşaqlarda həyat eşqi, uğur qazanmaq həvəsi yaratmaqdır. Təkcə bu da deyil. Məqsədimiz bütünlükdə uşaqlara ən gözəl münasibətin formalaşmasına çalışmaqdır. Uşaqlar sabahımız deyil, uşaqlar indimizdir.

Layihənin ideya müəllifi Vüsalə Mahirqızı, layihə rəhbəri Orxan Məmmədli, müəllif-aparıcı Aysel Əlizadə, rejissor Ruslan Mollayevdir.

İlk qəhrəmanımız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədovdur. Onun “Qurd qışı çıxdı, ayazı unutmadı” adlı hekayəsinə baxmağa dəvət edirik!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336

Oxşar yazılar

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09