Azərbaycanda  evlənənlər azalıb,   boşananlar çoxalıb
17 noyabr 2023 18:11 (UTC +04:00)

Azərbaycanda evlənənlər azalıb, boşananlar çoxalıb

Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.

Lent.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin oktyabrın 1-i vəziyyətinə 39 134 nikah və 16 226 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

# 3189
avatar

Oxşar yazılar