“Yeni tədris ili üçün ümumilikdə orta ixtisas təhsil pilləsi üzrə bütün təhsil proqramları yenilənib”.
Lent.az məlumat verir ki, bu sözləri Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib. O qeyd edib ki, tədris ilində yeni layihəyə də başlanılıb:
“Bu SABAH magistratura proqramıdır. Bununla bağlı 7 universitetdə 7 yeni ixtisas yaradılıb, bunun üçün xaricdən də müəllimlər dəvət olunub. Bu ixtisaslarda oxuyanların 2 ildən sonra tam əksəriyyətinin yaxşı xarici dil bilgilərinin olması nəzərdə tutulub”.
Şöbə müdiri deyib ki, pandemiya dövründə Gəncə Dövlət Universitetinin 3, Bakı Dövlət Universitetinin 1 yataqxana binası, Azərbaycan Dövlət İqtisadi Universitetinin isə 1 tədris binası istifadəyə verilib".