Azərbaycandakı şəkər xəstələrinin  SAYI
08 fevral 2022 13:11 (UTC +04:00)

Azərbaycandakı şəkər xəstələrinin SAYI

Lent.az-ın bugünki “Bir sual, bir cavab” rubrikasının mövzusu Azərbaycanda şəkər xəstələrinin sayı ilə bağlıdır. 

"Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər olub". 

Bunu Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva deyib. O bildirib ki, hazırda bu rəqəm 537 milyondur:

“Statistik məlumatlar Azərbaycanda da diabet xəstələrinin sayının artdığını göstərir. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır”.

# 2733
avatar

Aytəkin Cəlali

Oxşar yazılar