Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
19 may 2024 10:26 (UTC +04:00)

Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA

Mayın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə Xidmətin mayın 19-u saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Neftçalada 33 mm, Astara, Qobustanda 10 mm, Qaxda 6 mm, Qəbələdə 4 mm, Zaqatala, Şamaxı, Qrız, Şahdağda 3 mm, Cəfərxan, Balakən, Şəki, Qubada 2 mm, Astara, Göyçay, Kürdəmir, Biləsuvar, Lənkəran, Oğuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12 dərəcəyədək, dağlıq rayonlarda 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

Oxşar yazılar