Milli Qəhrəmanı Ehtiram Əliyev
15 noyabr 2026 16:54 (UTC +04:00)

Milli Qəhrəmanı Ehtiram Əliyev

Azərbaycanın Milli Qəhrəmanı VƏFAT ETDİ

0

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Lent.az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. 

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl E.Əliyevin səhhətində ciddi problemlər yaranmışdı. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilmişdi. Vəziyyəti daha da ağırlaşdığına görə Milli Onkologiya Mərkəzinə köçürülmüşdü. O, son günlər süni nəfəs aparatına qoşulmuşdu. 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar