Bakı-Sumqayıt qatarına daş atıb  pəncərəsini sındırdılar
31 oktyabr 2025 10:49 (UTC +04:00)

Bakı-Sumqayıt qatarına daş atıb pəncərəsini sındırdılar

0

Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Lent.az-a verilən məlumata görə, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

Xatırladaq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada aşkar edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır.

“ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır”, - məlumatda qeyd olunur.

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO

ADY-nin qatarlarına hərəkətdə olarkən daş atılıb, pəncərə sınıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar