Bakıda yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
13 aprel 2025 13:06 (UTC +04:00)

Bakıda yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında hava proqnozu

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09