Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat
26 mart 2024 13:18 (UTC +04:00)

Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri müəyyənləşib.

Lent.az xəbər verir ki, qiymətlər parkinq müddəti ilə tənzimlənir.

Belə ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Digər qiymətlər isə belədir:

15-30 dəqiqə - bir manat,

30-60 dəqiqə - iki manat,

1-2 saat - dörd manat,

2-3 saat - altı manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Qeyd edək ki, tariflər martın 27-dən tətbiq ediləcək.

# 2739
avatar

Oxşar yazılar