Bayram günlərində regionlarda hava necə olacaq? - PROQNOZ
20 mart 2023 15:00 (UTC +04:00)

Bayram günlərində regionlarda hava necə olacaq? - PROQNOZ

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, regionlarda gözlənilən hava şəraiti belə olacaq:

Qəbələ rayonunda

Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-16° isti olacaq.

Şahdağda

Gün ərzində arabir yağıntılı olacağı, 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti olacaq.

İsmayıllı rayonunda

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.Gecə və səhər saatlarında duman olacaq.

Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-15° isti olacaq.

Lənkəran rayonunda

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Şəki rayonunda

Əsasən yağmursuz. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

# 2109
avatar

Oxşar yazılar