Biləsuvar, Gəncə, Göygöl və Xaçmazda şəhidlər dəfn edildi
14 sentyabr 2022 13:27 (UTC +04:00)

Biləsuvar, Gəncə, Göygöl və Xaçmazda şəhidlər dəfn edildi

Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu dəfn olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, şəhid doğulduğu Biləsuvar rayonunun Amankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü, şəhid Ziyarət Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edib. O, ailəli idi, 2 yaşlı oğlu var idi.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

***

Şəhid baş gizir Elnur Rüstəmov Xaçmazda dəfn olunub

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Elnur Rüstəmov dəfn olunub.

Şəhidin nəşi Xaçmaz rayonuna gətirilib.

O, rayonun Əbilyatağı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

***

Şəhid gizir Asiman İmamverdiyev Gəncədə dəfn edilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu, gizir, 1988-ci il təvəllüdü İmamverdiyev Asiman Mehman oğlu ilə yaşadığı evdə vida mərasimi baş tutub.

Sonra şəhid Gəncənin Şəhidlər xiyabanında dəfin edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki iki bacının bir qardaşı olan A.İmamverdiyev ailəli idi, bir qız, bir oğul övladı var.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan Əliyev Üzeyir isə Göygöldə dəfin edilib.

1993-cü il təvəllüdlü Üzeyir Əliyevlə Gəncənin Qızıl qaya qəsəbəsində yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

Daha sonra 29 yaşlı şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfin edilib.

Müddətdən artıq hərbi qulluqçu olan Üzeyir Əliyev Kəlbəcər istiqamətində şəhid olub.

Qeyd edək ki, Üzeyir Əliyev subay olub.

# 1653
avatar

Oxşar yazılar

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56
Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45