DİQQƏT!  - Ukraynadan gələn uşaqlar məktəblərə belə yerləşdirilir
14 mart 2022 13:05 (UTC +04:00)

DİQQƏT! - Ukraynadan gələn uşaqlar məktəblərə belə yerləşdirilir

Ukraynadan təxliyə olunan uşaqların məktəblətə necə yerləşdirilməsi açıqlanıb. 

Bu barədə Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xarici ölkələrdən gələn şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə (www.sy.edu.az) həyata keçirilir.

 Övladlarının yerdəyişməsini təmin etmək üçün xarici ölkədən köçüb gələn valideyin və ya qanuni nümayəndə ilk növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya ümumi təhsil müəssisəsinə müraciət etməlidir.

Yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir. Şagirdin təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə I – XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinfi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4276

Oxşar yazılar

Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

13 may 2025 , 16:31
Ən zərərli   süd məhsulu AÇIQLANDI

Ən zərərli süd məhsulu AÇIQLANDI

13 may 2025 , 16:21
Bank kartı fırıldaqları:  Aldanılmamaq üçün nə etməli?

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri

Magistratura imtahanının nəticələri

13 may 2025 , 15:49
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR”  -VİDEO

Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO

13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 13:08