Ənənəvi tədris nə üçün bərpa olunmalıdır? - EKSPERT AÇIQLAYIR
03 sentyabr 2021 14:16 (UTC +04:00)

Ənənəvi tədris nə üçün bərpa olunmalıdır? - EKSPERT AÇIQLAYIR

"Ölkədə 1.5 milyon şagird var və onlar gün ərzində heç bir yoxlamaya cəlb edilmədən küçədə gəzir, ictimai nəqliyyatdan istifadə edir, marketə gedir, restoran və əyləncə mərkəzlərində olurlar". 

Lent.az məlumat verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, amma məktəb açılanda onların hər səhər temperaturu yoxlanılır, hansısa əlamət müşahidə olunan şagird təcrid olunur:

"Orta məktəblərdə 150 min müəllim çalışır, onların da gün ərzində hər hansı  yoxlanılması həyata keçirilmir. 

2020-2021-ci tədris ilində dərslərin bərpa olunduğu 2 ay ərzində 219 nəfər şagird və 65 işçi COVID-19-a yoluxmuşdusa, 2021-ci ilin tədris ili başa çatandan, yəni 14 iyundan 1 sentyabra kimi şagirdlər arasında 300-dən çox yoluxma halları olub".

K.Əsədov qeyd edib ki, 2020-ci ilin sentyabrından 2021-ci ilin sentyabrına qədər 25 370 şagird və 15 128 nəfər işçi heyət koronavirusa yoluxub, amma bu halların 70 faizi tədrisin onlayn-distant qaydada keçirilməsi vaxtı baş verib:

"Tədrisin ənənəvi qaydada təşkili zamanı koronavirusdan vəfat edən müəllimlərin sayı tədrisin onlayn-distant qaydada həyata keçirildiyi və ya ümumiyyətlə tədrisin tətil elan olunduğu vaxtdan daha azdır. Tətil və ya onlayn-distant tədris zamanı daha çox müəllim virusun qurbanı olub". 

Təhsil eksperti əlavə edib ki, tədris ənənəvi qaydada bərpa olunarsa, mütləq şəkildə günün müəyyən saatlarında avtobus, metroda müəyyən vaqonlar şagird və tələbələr üçün ayırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3958

Oxşar yazılar