FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO  - VİDEO
08 fevral 2023 21:49 (UTC +04:00)

FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO - VİDEO

Azərbaycandan göndərilən Fövqəladə Hallar Nazirliyinin daha 229 nəfər şəxsi heyəti Kahramanmaraşa çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, heyət hazırda AFAD-ın Təhsil Mərkəzində yerləşən toplama məntəqəsinə giriş edib.

Onlar yaxın saatlarda şəhər ərazisində yerləşən axtarış-xilasetmə işlərinə cəlb ediləcək.

Bu Azərbaycandan göndərilən 7-ci xilasetmə qrupudur.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 725 nəfər şəxsi heyəti qardaş Türkiyəyə gələrək zəlzələnin nəticələrinin aradan qaldırılmasl ilə bağlı axtarış-xilasetmə işlərinə cəlb edilib.

 

# 1848
avatar

Oxşar yazılar