FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib
19 yanvar 2023 15:57 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə Klubun rəisi polkovnik Füzuli Musayev, Milli Məclisin deputatı Vüqar İskəndərov, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və İdman-sağlamlıq klubunun əməkdaşları iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə qanlı 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 20 Yanvar faciəsindən danışaraq qeyd edib ki, xalqımızın yaddaşından heç zaman silinməyəcək qanlı Yanvar hadisələri həm də Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Bu qanlı hadisələr nəticəsində Sovet imperiyasının idarəçiləri Azərbaycanda özünün mənfur xislətini göstərərək bütün mənəvi və ictimai dayaqlarını itirdi. Baş vermiş hadisədən sonra Azərbaycan xalqı ruhdan düşmədi, əksinə, daha da mətinləşdi, dünya azərbaycanlıları təşkilatlanma mərhələsinə qədəm qoydu.

F.Musayev qeyd edib ki, bu faciəyə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə hüquqi-siyasi qiymət verilib, faciə ilə bağlı həqiqətlər üzə çıxarılıb.

Daha sonra anım tədbirində Milli Məclisin deputatı Vüqar İskəndərov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayev, İdman-sağlamlıq klubunun hüquqşünası Həmdiyyə Məmmədov çıxış edərək 20 Yanvar hadisələrində baş verənlərin eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldığını, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç zaman unudulmayacağını və onların əziz xatirələrinin xalqımızın yaddaşında əbədi qalacağını vurğulayıblar.

Qeyd olunub ki, Dahi Rəhbər Heydər Əliyev siyasi kursunun müdrik davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılıb və bu məsələ dövlət başçısının daim diqqət mərkəzindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2372

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir:  ulduzlar  nələr vəd edir?

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?

13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49