FHN-in İdman-sağlamlıq klubunda Anım Günü tədbiri keçirildi
27 sentyabr 2022 15:33 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubunda Anım Günü tədbiri keçirildi

Sentyabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında Anım Gününə həsr edilən tədbir keçirilib.

FHN-dən Lent.az-a verilən məlumata görə, tədbirdə klubun rəisi polkovnik Füzuli Musayev və klubun şəxsi heyəti iştirak ediblər.Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra İkinci Qarabağ müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən düşmənin 30 illik işğalından azad edilmiş doğma torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

O, qeyd edib ki, Vətən müharibəsi Azərbaycanın qüdrətini dünyaya bir daha nümayiş etdirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi və rəşadətli Ordumuzun gücü sayəsində 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatı Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb.

Azərbaycan xalqı Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarını heç vaxt unutmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

# 924
avatar

Oxşar yazılar

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56
Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45