Gözdən əlillərin təqaüdü 300 manat oldu
13 yanvar 2023 11:48 (UTC +04:00)

Gözdən əlillərin təqaüdü 300 manat oldu

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib.

Lent.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bundan əvvəl ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü aylıq məbləği 210 manat müəyyən olunmuşdu.

# 2286
avatar

Oxşar yazılar