Güclü  külək əsəcək, qar yağacaq   - Hava XƏBƏRDARLIĞI
01 fevral 2023 17:15 (UTC +04:00)

Güclü külək əsəcək, qar yağacaq - Hava XƏBƏRDARLIĞI

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

# 4821
avatar

Oxşar yazılar