Hava bu tarixdən dəyişəcək
13 noyabr 2025 16:15 (UTC +04:00)

Hava bu tarixdən dəyişəcək

0

"Sabah axşamdan etibarən hava dəyişəcək". 

Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a açıqlamasında bildirib. 

"Bir neçə gündür ölkə ərazisində sabit hava şəraiti müşahidə olunur. Yaxın 2-3 gün ərzində, yəni noyabrın 14-ü və 15-i Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz, səhər və axşam bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. 15-i səhər saatlarında az çiskinli olacağı ehtimal edilir. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti olacaq.

Lakin noyabrın 14-ü axşamdan, 15-i axşama kimi bəzi yerlərdə arabir yağış yağacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 827

Oxşar yazılar