Bu cür hazırlanmış  qəhvəni içməyin   - Həyəcan TƏBİLİ
13 noyabr 2025 12:13 (UTC +04:00)

Bu cür hazırlanmış qəhvəni içməyin - Həyəcan TƏBİLİ

0

Milyonlarla insan üçün qəhvə sadəcə ayıldıcı içki deyil, gündəlik bir ritualdır. Lakin çox az adam bilir ki, hazırlama üsulu qəhvəni ya ürəyin dostuna, ya da damarlar üçün risk faktoruna çevirə bilər.

Lent.az qəhvə ilə bağlı bəzi faktları təqdim edir:

Qəhvəni necə içmək olmaz?

Norveçli alimlər 20 il davam edən tədqiqat nəticəsində müəyyən ediblər ki, süzülməmiş qəhvənin qəbulu süzülmüş qəhvə ilə müqayisədə ürək-damar xəstəliklərindən ölüm riskini artırır. Əsas sirr isə təəccüblü dərəcədə sadədir adi kağız filtr. Məhz o, kofestol adlanan və qəhvə dənələrində olan təbii maddəni saxlayır.

Bu maddə “pis” xolesterinin səviyyəsini artırır. Cezvədə (turka), frenç-pressdə və ya geizer tipli qəhvəqaynadanda hazırlanan qəhvədə kofestol tam şəkildə fincana düşür. Amma kağız filtri olan damcı (kapel) tipli qəhvə bişiriciləri kofestolu filtrdə saxlayır və yalnız faydalı komponentlərin keçməsinə imkan verir.

Tədqiqatlar göstərib ki, gündə dörd fincan süzülmüş qəhvə ürək-damar xəstəlikləri riskini 15 faiz azaldır. Bundan başqa, həftədə beş dəfə, üç fincan süzülməmiş qəhvəni süzülmüş qəhvə ilə əvəz etmək xolesterin səviyyəsini 0,58 mmol/l aşağı sala bilər bu isə əhəmiyyətli göstəricidir.

Espressoya gəlincə, burada vəziyyət daha mürəkkəbdir. Espresso aparatlarındakı içkilərdə diterpenlərin (üzvi birləşmələr sinfi) səviyyəsi adi damcı qəhvəyə nisbətən xeyli yüksəkdir. Lakin italyan araşdırmaları göstərib ki, espresso ekstraktları Alzheimer xəstəliyi ilə əlaqəli toksik zülalların toplanmasını ləngidə bilər. Kofein amiloid yığıntılarının əmələ gəlməsinin qarşısını alır və neyronları qoruyur, demensiya riskini azaldır. Əsas məsələ gün ərzində 2-3 porsiyanı keçməməkdir; əks halda narahatlıq və yuxusuzluq yarana bilər.

Həll olunan (instant) qəhvə isə gündəlik istifadə üçün ən az faydalı variantdır. İstehsal zamanı əksər faydalı maddələr məhv olur və tərkibə akrilamid potensial təhlükəli birləşmə daxil olur. Bundan əlavə, istehsalçılar dadı yaxşılaşdırmaq üçün tez-tez süni aromatlar əlavə edirlər.

Maksimum fayda üçün həkimlər təzə qovrulmuş dənələrdən istifadə etməyi tövsiyyə edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar