Konstitusiya Məhkəməsi hakimləri ilə bağlı YENİ TƏKLİF
01 aprel 2025 11:43 (UTC +04:00)

Konstitusiya Məhkəməsi hakimləri ilə bağlı YENİ TƏKLİF

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur.

Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336

Oxşar yazılar

Kamran Əliyev yenidən baş prokuror oldu   - YENİLƏNİB

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

1 may 2025 , 08:28
Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

1 may 2025 , 08:08
Səssiz haray  – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

Səssiz haray – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

1 may 2025 , 05:15
Bu gün birinci siniflərə qəbul başlayır

Bu gün birinci siniflərə qəbul başlayır

1 may 2025 , 00:01
Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

30 aprel 2025 , 22:56