“Testlər standart olmadığına görə fərqli cavabların alınması təbiidir".
Lent.az məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O bildirib ki, tibdə 100 faizlik nəticə yoxdur:
"Testlərə etibar etmək o qədər də uyğun deyil. Əsas effektiv üsul PCR yaxma testinin aparılmasıdır”.