Laçın-Xankəndi yolunda aksiya 70 gündür davam edir -FOTO
19 fevral 2023 09:35 (UTC +04:00)

Laçın-Xankəndi yolunda aksiya 70 gündür davam edir -FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.

Ekofəallar aksiyanın 70-ci günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın temperaturu - 6 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

# 1899
avatar

Oxşar yazılar